Üç uşaq anası asılmış vəziyyətdə tapıldı

uc-usaq-anasi-asilmis-veziyyetde-tapildi
Oxunma sayı: 1353


“Qafqazinfo” xəbər verir ki, Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri, Fuad Abdurəhmanov küçəsi ev 43 ünvanında qeydə alınıb.
 
Onun intihar etdiyi ehtimal olunur. N. Abdulvahabovanın hansı səbəbdən intihar etməsi araşdırmalardan sonra söyləmək mümkün olacaq.
 
Şəki ŞRPŞ-dən bildirilib ki, Nargilə Abdulvahabova ailəli və üç uşaq anası olub.
 
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.