Üç vəkillə bağlı məhkəməyə müraciət olundu

uc-vekille-bagli-mehkemeye-muraciet-olundu
Oxunma sayı: 3387

Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar verilib.

Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb.

3 vəkilin isə fəaliyyəti dayandırılaraq, Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunmasına qərər verilib.