Uçan keçidlə bağlı - - ilginc faktlar + fotolar

ucan-kecidle-bagli-
Oxunma sayı: 10357


"Qafqazinfo"nun məlumatına görə, hadisə baş verməzdən bir gün öncə, yəni iyunun 1-də sosial şəbəkələrdə həmin piyada keçidi ilə bağlı fotolar paylaşılıb. Məsələnin maraqlı tərəfi budur ki, piyada keçidi əslində istənilən vətəndaşa xidmət etmirmiş, daha dəqiqi keçid  istirahət mərkəzi ilə Şıxov çimərliyini birləşdirirmiş. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, yolüstü keçid hər iki tərəfdən özəlləşdirilibmiş...

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə keçid uçmazdan bir neçə saat əvvəl teleqraf.com-a bildirib ki, məsələ ilə bağlı ona bir neçə jurnalist müraciət edib: "Hazırda Bakıda deyiləm. Keçidin harada yerləşdiyini və kim tərəfindən tikildiyini bilmirəm. Məsələ ilə maraqlanandan sonra cavab verə bilərəm". 

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsindən verilən məlumata görə, yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyib, nəticədə keçid “MAN” markalı yük avtomobilinin üzərinə düşüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar.

Hadisə nəticəsində ümumilikdə 6 nəfər yaralanıb.

Aşağıdakı fotolar keçid uçmazdan bir gün əvvəl çəkilib: