“Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə dünən gecə saat bir radələrində qeydə alınıb. Obyekti müşahidəedən sakinlər görüntüləri telefonunun yaddaşına köçürüb. Gecənin qaranlığında səmada parlayan naməlum işıq görənləri heyrətəsalıb. Parlaq işıq kütləsi ilk olaraq II Nügədikəndinin üzərində peyda olub. Sakinlər hadisəni maraqla izləyiblər. İşıq kütləsi bir müddət sonra böyüyüb, sonra şaxələnib. Qeyd edək ki, son vaxtlar Azərbaycan səmasında peyda olan belə halların sayı artıb. Oxşar hadisə bir neçə rayonda da yaşanıb.
Son xəbərlər
Son Xəbərlər