Daxili İşlər Nazirliyinin rayon şöbələri külli miqdarda narkotik aşkar ediblər.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakinləri, əvvəllər məhkum olunmuş Elxan Əsgərov və Ruslan Süleymanov 4 kiloqram 175 qram marixuananı satarkən tutulub.
Digər bir narkotik alverçisi isə Cəlilabad şəhərində saxlanılıb. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Zülfüqar Nadirovdan 13 kiloqram 520 qram tiryək götürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər