Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi Ucarda baş verən qəza ilə bağlı açıqlama yayıb.
Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili su kanalına aşıb.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
Qəza zamanı xəsarət alanlar - Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Qaraxan Mənsur oğlu Qüdrətov və Oruc Mahir oğlu Tağızadədir. Qəzada dünyasını dəyişənlərdən biri "Mercedes" markalı avtomaşının sürücüsü, Gəncə şəhər sakini Tural İlham oğlu Həmzəyevdir.
Son xəbərlər
Son Xəbərlər