Ucarda ağır yol qəzası - 1 ölü, 4 yaralı + Fotolar

ucarda-agir-yol-qezasi
Oxunma sayı: 4533

Ucarda baş verən yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1964-ci il təvəllüdlü Bakı şəhər sakini Qarayev Eldar Tofiq oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Türkiyə vətədaşının idarə etdiyi "TIR"la toqquşub.

Nəticədə Bakı şəhər sakinləri - sürücü Qarayev Eldar Tofiq oğlu, sərnişinlər - Qarayeva Fatimə Sabir qızı, Qarayev Sahib Eldar oğlu, Əliyeva Kamalə Sabir qızı və Gürcüstan vətəndaşı Qərəkməzli Namiq Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlardan biri - Qərəkməzli Namiq Vahid oğlu vəziyyəti ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli