Ucarda ev əşyaları ilə birgə yanaraq kül oldu

ucarda-ev-esyalari-ile-birge-yanaraq-kul-oldu
Oxunma sayı: 901

Ucarda ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Ucarın Vidadi küçəsində qeydə alınıb. Şəhər sakini Vahid Mustafayevə məxsus ev anidən alovlanıb. Daha sonra alov bütün evi əhatə edib. Hadisə yerinə FHN-in Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ətraf tikililər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu