Ucar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə 19:00 radələrində iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan şəxslər dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.



Son xəbərlər
Son Xəbərlər