Ucarda “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb .
"Qafqazinfo" xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində maşında olanlar xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər