Ucarda minik avtomobili yandı

ucarda-minik-avtomobili-yandi
Oxunma sayı: 771

Ucarda yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar şəhərində vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.