Ucarda mübahisə 4 bıçaq zərbəsi ilə bitdi

ucarda-mubahise-4-bicaq-zerbesi-ile-bitdi
Oxunma sayı: 2072

Ucarda bıçaqlanma hadisəsi olub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Rayon sakinləri Səfərov Nazim Əbil oğlu və Fərzəliyev Abbas Malik oğlu arasında mübahisə düşüb.

Mübahisə zamanı N.Səfərov A.Fərzəliyevə dörd bıçaq zərbəsi vurub. A.Fərzəliyev Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyəti orta-ağırdır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Hüseynli