Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, şəhər sakini Xəlilov Yaşar Əşrəf oğlu yolu keçmək istəyən zaman İsmayılov Şamxal Tahir oğlu idarə etdiyi "Vaz-2107" markalı minik avtomobili ilə onu vurub.
Yaralı dərhal Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər