Ucarda ağır-yol nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun “Beton zavodu yolu” adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Vaz-2107" və "Vaz-2199" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Vaz-2199" sürücüsü 1989-cu il təvəllüdlü Süleymanov Anar Faiq oğlu, sərnişinləri - 1973-cü il təvəllüdlü Hacıyeva Nəzakət Soltan qızı, 1976-cı il təvəllüdlü Süleymanov Məcnun Faiq oğlu və "Vaz-2107"nin sürücüsü - 1997-ci il təvəllüdlü Tanrıverdiyev Elçin Rafiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Təcili Tibbi Yardım Birqadasının maşını ilə rayonun Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli

Son xəbərlər
Son Xəbərlər