"Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan ərazidə torpaq uçqunu olub.
"Qafqazinfo xəbər verir ki,hadisə günorta saatlarında Ucar şəhərində mərkəzi küçələrin birində qeydə alınıb.
İlkin məlumata görə, "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman torpaq uçub və nəticədə 2 nəfər uçqun altında qalıb.
Xəsarət alan şəxslər uçqun altından çıxarılaraq Ucar Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində 2 nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.
***
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında hadisə zamanı xəsarət alanlardan heç birinin həyati təhlükəsinin olmadığını bildirib:
“Ucar şəhərində kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı 2 nəfər əməkdaşımız xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar xəstəxanasında müayinə olunur”.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər