Ucarda yük maşını yanıb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Belə ki, Bərdə rayon sakini Qədirov Pərvin Famil oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşınının qoşqusu qəfildən alovlanaraq yanıb. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hadisə nəticəsində Bakı-Qazax yolu Bakı istiqamətində yarım saatdan artıq bağlı qalıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli


Son xəbərlər
Son Xəbərlər