Ucardakı qətli mərhumun oğlu törədibmiş

ucardaki-qetli-merhumun-oglu-toredibmis
Oxunma sayı: 3519

İyulun 10-da Ucar rayonu, Bərgüşad kəndində qətlə yetirilən Bayram Abbasovun ölümündə şübhəli bilinən şəxs saxlanılıb.

Ucar rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, təxirəsalınmaz və zəruri istintaq tədbirləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırlada ki, iyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığı  xəsarətlərdən 11 iyul 2020-ci il tarixdə Göyçay rayon mərkəzi xəstəxanasına ölməsi barədə  məlumat daxil olub.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin məlumatda cinayəti mərhumun qardaşı oğlanlarının törətdiyi deyilirdi.