Çində inanılmaz hadisə yaşanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hebei əyalətinin Yiçanq şəhərində qadın üçəmlərini 6 gün fasilə ilə dünyaya gətirib. Belə ki, qadın fevralın 21-də çəkisi 1.44 kq olan oğlan doğub. Bu zaman həkim digər uşaqların doğuşunun hələ tez olduğunu və hamiləliyə davam etmək lazım olduğunu bildirib.
Həkim nəzarətində olan ana 27 fevralda qızlarını dünyaya gətirib. Körpələri müşahidə altında saxlayan həkim, sağlamlıqlarının qaydasında olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər