Üçmərtəbəli bina buna görə çökübmüş - Yenilənib

ucmertebeli-bina-buna-gore-cokubmus
Oxunma sayı: 9809

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində üçmərtəbəli yaşayış binası çöküb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Bildirilib ki, hadisə naməlum səbəbdən baş verib.

Əraziyə çoxlu sayda yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib. Məlumata görə, dağıntılar altında qalan insanlar var.

***

İstanbul Valiliyi çökən bina ilə bağlı açıqlama verib:

“Saat 08:40 radələrində Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində Belediye küçəsi ilə Geçit küçəsinin kəsişməsində yerləşən üçmərtəbəli bina çöküb. Hadisə yerinə çoxlu sayda AFAD, axtarış-xilasetmə və sağlamlıq qrupları göndərilib”.

***

Dağıntılar altından 2-si ağır yaralı olmaqla 7 nəfər çıxarılıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

***

İstanbul valisi Davud Gül çökən bina ilə bağlı açıqlama verib:

“Küçükçekmecedəki hadisə zamanı 1 nəfər həyatını itirib, 8 nəfər yaralanıb. Hazırda dağıntılar altında heç kim qalmayıb, axtarış və Xilasetmə qrupları ərazidəki işlərini sonlandırıb”.

***

İstanbulda üçmərtəbəli binada 1 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən hadisəyə görə yaşayış evinin sahibi və birinci mərtəbədəki dönərxananın sahibi saxlanılıb.

İlkin məlumata görə, çökməyə səbəb məhz dönərxananın fəaliyyətinin yaşayış binasının təhlükəsizliyi normalarına uyğunsuzluğu səbəb olub.

Bina sahibinin obyektdəki vəziyyətdən xəbərdar olub-olmadığı araşdırılır.