Üçotaqlı ev yandı

ucotaqli-ev-yandi
Oxunma sayı: 718

Salyanda yanğın qeydə alınıb.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Yeni Uluxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.