Ucqar kənd 24 ildən sonra elektrik enerjisi ilə təmin olundu

ucqar-kend-24-ilden-sonra-elektrik-enerjisi-ile-temin-olundu
Oxunma sayı: 1803

Astara rayonunun yüksək dağlıq ərazisində yerləşən Sekaşan kəndinin elektrik problemi həll olunub.

"Qafqazinfo" xəbər verir ki, altı ailənin yaşadığı kəndin sakinləri 1994-cü ilə ilə kimi elektrik enerjisindən istifadə etsələr də, uzun illər baxımsızlıq ucbatından elektrik naqilləri və dirəkləri sıradan çıxdığından kənd işıqsız qalıb.

Ölkə Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, 24 illik fasilədən sonra Astara rayonunun Sekaşan kəndi yenidən elektrik enerjisi ilə təmin olunub.

Sərəncama görə, Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC-yə 1,5 milyon manat ayrılıb.

Sekaşan kəndində 1 ədəd 40 kilovoltluq transformator quraşdırılıb. Kəndin ərazisində 36 ədəd 10 kilovoltluq metal dayaq və 14 ədəd 10 kilovoltluq söykənəcək basdırılıb, bütün evlərdə elektrik sayğacı quraşdırılıb. Kəndi dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə ərazidə 5000 metr AS-35 elektrik, 450 metr SİP kabel çəkilib, 18 ədəd 0,4 kilovoltluq SİP dayaq basdırılıb.

Qeyd edək ki, hazırda Astara rayonunun dağlıq ərazisində yerləşən daha iki ucqar yaşayış məntəqəsinə - Doli və Diqo kəndlərinə də elektrik enerjisinin verilməsi istiqamətində işlər sürətlə davam etdirilir.