“Ucqar rayonlarda elektrik enerjisi ilə bağlı problemlər var”

ucqar-rayonlarda-elektrik-enerjisi-ile-bagli-problemler-var
Oxunma sayı: 1334

“Ucqar rayonlarda elektrik enerjisinin təchizatı ilə bağlı problemlər yaşanır. Bunun səbəblərindən biri satışda rəqabətin olmamasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasından energetika nazirinin müavini Samir Vəliyev deyib.

“Düşünürəm ki, yeni qanun layihəsi bu istiqamətdə rəqabətli mühit yaradacaq. Ölkəmizdə də Avropada və dünyada mövcud olan bazar mühiti olacaq və bununla da dövlət tərəfindən subsidiyalaşma ləğv ediləcək. Bu islahatların tərkib hissələrindən biri də növbəti mərhələdə satış və paylama sistemində islahatların həyata keçirilməsidir”, - deyə S.Vəliyev əlavə edib.

Zaur Mirzə