Uçqunda ölən əsgərin meyiti qarın altından çıxarıldı

ucqunda-olen-esgerin-meyiti-qarin-altindan-cixarildi
Oxunma sayı: 2655

Xəbər verdiyimiz kimi, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Qafqazinfo”nun məlumatına görə, Müdafiə Nazirliyindən unikal.org-a bildirilib ki, həlak olan əsgər Rüstəmov Ülvi Əhməd oğlunun nəşi hadisə yerindən çıxarılaraq götürülüb.

Ü.Rüstəmovun nəşi bu gün dəfn olunması üçün doğulduğu Ağcabədi rayonuna aparılıb.