“Üçtərəfli qrupun iştirakçıları daim əlaqədədirlər”

ucterefli-qrupun-istirakcilari-daim-elaqededirler
Oxunma sayı: 1631

“Dağlıq Qarabağda iqtisadi və nəqliyyat-kommunikasiya əlaqələrinin blokadadan çıxarılması üzrə yaradılmış üçtərəfli işçi qrupun bütün iştirakçıları daim əlaqədədir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.

“Biz daim əlaqədəyik”, - deyə o bildirib.

Xatırladaq ki, bu il yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan regionda nəqliyyat və iqtisadi əlaqələrin nizama salınması üçün baş nazir müavinləri səviyyəsində Üçtərəfli işçi qrupunun yaradılması barədə razılığa gəliblər.