Üçü birləşib 1 nəfəri öldürdü

ucu-birlesib-1-neferi-oldurdu
Oxunma sayı: 1940

Qəsdən adam öldürməkdə şübhəli bilinən üç Bakı şəhər sakini saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri  H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə tutulublar.

Araşdırma aparılır.