May ayında yollarını ayıran Hande Yener və Ozan Öğüt arasındakı buzlar əriməyə başlayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ögüt Bodrumda olan Yenerə zəng vuraraq üzr istəyib.
Üzr zəngindən sonra müğənni eks-sevgilisini bağışlayıb, ona şans verib.
Xatırladaq ki, Yener daha əvvəl iki dəfə ayrıldığı sevgilisini mübahisə zamanı evdən qovmuşdu.
“Artıq bir-birimizi anlaya bilmirik, məcburi heç nə alınmaz”,-deyə müğənni bildirmişdi.


Son xəbərlər
Son Xəbərlər