Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda tikilməkdə olan üç mərtəbəli binanın 3-cü mərtəbəsindən 1962-ci il təvəllüdlü Hümbət Süleyman oğlu Veysəlov yıxılaraq 2-ci mərtəbədə betona çırpılıb və aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. “Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və təhlükəsizlik qaydalarına riayət etməklə H.Veysəlovun cəsədini 2-ci mərtəbədən düşürərək aidiyyatı üzrə təhvil veriliblər. Əməliyyat saat 21:23-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər