Uçuşa hazırlaşan təyyarə tüstülədi - Rusiyada

ucusa-hazirlasan-teyyare-tustuledi
Oxunma sayı: 1310

Moskvanın “Domodedova” Hava Limanında uçuşa hazırlaşan təyyarədə tüstülənmə müşahidə edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə “Qlobus” aviaşirkətinə məxsus olub. Pilotun kabinəsində baş verən tüstülənmə səbəbindən göyərtədə olan 129 sərnişin və 6 ekipaj üzvü təxliyyə edilib.

Şirkətdən verilən məlumata əsasən, tütülənməyə havalandırma sistemindəki su səbəb olub.

Hazırda istintaq Komitəsi olayla bağlı araşdırma aparır.

Təyyarənin Moskva Novosibirsk reysi üzrə uçmalı olduğu qeyd edilib.