Udmurtiyada qeyri-qanuni yaşayan azərbaycanlı həbs olunub - Foto

udmurtiyada-qeyri-qanuni-yasayan-azerbaycanli-hebs-olunub
Oxunma sayı: 1632

Rusiya Federasiyasının Udmurtiya Respublikasında ölkənin miqrasiya qanunlarını dəfələrlə pozan Azərbaycan vətəndaşı həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Respublika Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 43 yaşlı İsgəndərov İsgəndər Qənbər oğlu ötən ilin martında İjevsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, Rusiya ərazisində qeyri-qanuni olaraq yaşayıb, istintaq çərçivəsində qaçmağa çalışıb.

İ. İsgəndərov əvvəllər bir neçə dəfə miqrasiya qanunlarını pozduğuna görə məsuliyyyətə cəlb edilərək onun 2025-ci ilə qədər Rusiyaya girişinə qadağa qoyulub. Buna baxmayaraq o, sənədində dəyişikliklər edib və yenidən Rusiya sərhədini qanunsuz keçərək Udmurtiyaya gəlib.

2019-cu ilin yanvarında Dağıstanın Maqaramkentski rayon məhkəməsi İ. İsgəndərovu cinayət əməlində ittiham edərək onun 6 ay cəzaçəkmə koloniyasında cəza çəkməsinə qərar verib. O, bu müddət tamamlandıqdan sonra Rusiyadan deportasiya olunacaq.