UEFA 775 milyon avroluq fond yaratdı

uefa-775-milyon-avroluq-fond-yaratdi
Oxunma sayı: 1216

UEFA quruma üzv olan 55 federasiyaya yardım edəcək.

 “Qafqazinfo” xəbər verir ki, 2004-cü ildə başlayan “HatTrick” proqramının bu gün dörd illik perioduna start verilib. Qurum 2020-2024-cü illər aralığı üçün 775,5 milyon avroluq fond yaradıb.
 
Əvvəlki illərlə müqayisədə yardım 27 faiz artıb.
 
2024-cü ildən etibarən isə federasiyalara 2,6 milyard avro vəsait paylanılması üçün fond yaradılacaq.