UEFA alban azarkeşlərə görə iş açdı

uefa-alban-azarkeslere-gore-is-acdi
Oxunma sayı: 2186

UEFA Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıb.

"Qafqazinfo" xəbər verir ki, buna Almaniyada keçirilən Avropa çempionatının I turunda azarkeşlərin davranışları səbəb olub.

Fanatlar İtaliya ilə matçda meydana əşyalar atmaq, pirotexniki vasitələrdən istifadə etmək və təxribat xarakterli şüarlara görə ittiham olunurlar.

Qeyd edək ki, qarşılaşma İtaliyanın qələbəsi ilə bitib – 2:1.