Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, iclasda avrokubokların taleyinə aydınlıq gələcək.
İlk olaraq Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələlərinin oyunlarının təqvimi müzakirə olunacaq. Daha sonra növbəti il ÇL və AL-in təsnifat mərhələlərinin tarixləri barədə fikir mübadiləsi aparılacaq.
İclasda həmçinin milli komandaların oyunları və AÇ-2020-nin aqibəti barədə söhbət aparılacaq.
Müzakirələrdən sonra Bakı vaxtilə saat 17:30-da UEFA prezidenti Aleksandr Çeferin mətbuat önünə çıxacaq.
Son xəbərlər
Son Xəbərlər