UEFA azarkeşlərlə bağlı qərar üçün vaxtı uzatdı

uefa-azarkeslerle-bagli-qerar-ucun-vaxti-uzatdi
Oxunma sayı: 940

UEFA AÇ-2020-ni keçirəcək ölkələrə azarkeşlərlə bağlı qərarını bildirmək üçün verdiyi vaxtı uzadıb.

“Qafqazinfo” xəbər verir ki, müddət aprelin 7-dən 28-nə dək artırılıb.

Bu barədə UEFA rəsmisi “France Press” nəşrinə açıqlamasında məlumat verib.

Qeyd edək ki, bu ölkələr arasında Azərbaycan da var.