UEFA Azərbaycan və Ermənistan milliləri ilə bağlı qərarı açıqladı

uefa-azerbaycan-ve-ermenistan-millileri-ile-bagli-qerari-aciqladi
Oxunma sayı: 708

UEFA yeni turniri olan Millətlər Liqası üçün liqaların ilkin tərkibini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, qitə futbol qurumunun üzvü olan 55 milli assosiasiya 4 Liqaya bölünüb. UEFA-nın DÇ-2018-nin seçmə mərhələsində V turun oyunları başa çatdıqdan sonra açıqladığı ölkələrin yeni reytinq siyahısındakı əmsallara əsasən Azərbaycan millisi C Liqasına düşüb. Bu liqa üzrə səbətlərin tərkibi aşağıdakı kimidi:

C liqası
1-ci səbət
Rumıniya, Sloveniya, İsrail, Danimarka

2-ci səbət
Yunanıstan, Albaniya, Şotlandiya, Serbiya,

3-cü səbət
Bolqarıstan, Monteneqro, Norveç, Litva

4-cü səbət
Finlandiya, Azərbaycan, Kipr

Göründüyü kimi, C Liqasında 15 milli komanda yer alıb. A və B liqalarına hərəyə 12, C Liqasına 15, D Liqasına isə 16 yığma düşüb.
Liqaların yekun tərkibi DÇ-2018-in seçmə mərhələsi bitəndə sonra - 2017-ci il noyabrın 15-də açıqlanacaq. Həmin vaxtadək Azərbaycanın B Liqasına düşməsi üçün UEFA reytinqində ən azı 2 pillə irəliləməsi lazımdır. Təbii ki, bunun üçün cari seçmə mərhələdə qalan 5 oyunda yaxşı nəticələr göstərməliyik. 

UEFA püşkatma zamanı Rusiya ilə Ukrayna, Azərbaycanın Ermnistanı ayrı-ayrı qruplara salacaq. Millətlər Liqasının qalibi 2019-cu ilin iyununda keçiriləcək final mərhələsində bilinəcək.

Xatırladaq ki, UEFA indiyədək yalnız 1 dəfə - AVRO-2008-nin seçmə mərhələsində Azərbaycanla Ermənistan yığmalarını bir qrupa salsa da, sonradan həmin oyunları keçirilməməsinə qərar verdi. Bundan sonra həmin milli komandalar püşklə fərqli qruplara salınır.