UEFA Azərbaycanın 7 klubuna ödəniş etdi

uefa-azerbaycanin-7-klubuna-odenis-etdi
Oxunma sayı: 2617

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən yeddi kluba ödəniş edib.

“Qafqazinfo” xəbər verir ki, Avropa futbol qurumunun 2021/2022 mövsümü üçün “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində ayırdığı maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

"Neftçi", "Zirə", "Qəbələ", "Sabah", "Sumqayıt", "Şamaxı" və "Səbail"in hərəsinə 271 428 avro ödənilib.