UEFA bu kluba texniki məğlubiyyət verdi

uefa-bu-kluba-texniki-meglubiyyet-verdi
Oxunma sayı: 2501

UEFA Kosovonun "Drita" klubuna texniki məğlubiyyət verib.

"Qafqazinfo" xəbər verir ki, buna sözügedən klubun futbolçusu koronavirusa yoluxduğu üçün komandanın "Linfild"lə (Şimali İrlandiya) matça çıxmaması səbəb olub.

Qeyd edək ki, Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin final oyunu çərçivəsində keçirilməli olan qarşılaşma təxirə salınmışdı. Futbolçusu koronavirusa yoluxduğu üçün "Drita" komanda şəkilində karantinə alınmışdı.