UEFA-dan AÇ-2020 ilə bağlı açıqlama

uefa-dan-ac-2020-ile-bagli-aciqlama
Oxunma sayı: 2074

UEFA  AÇ-2020-nin təxirə salınması ilə bağlı milli futbol federasiyalarının quruma müraciət etmələri ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

"Qafqazinfo"nun məlumatına görə, qurumdan TASS-a bildirilib ki, Avropa çempionatının vaxtının koronavirusa görə dəyişdirilməsi üçün səbəb yoxdur:

"UEFA koronavirusun yayılması ilə əlaqədar müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur".

Xatırladaq ki, 12 iyun - 12 iyulda keçiriləcəyi nəzərdə tutulan Avropa çempionatın 4 oyunu Bakı Olimpiya Stadionunda olacaq.