UEFA-dan avrokuboklarla bağlı növbəti dəyişikliklər

uefa-dan-avrokuboklarla-bagli-novbeti-deyisiklikler
Oxunma sayı: 643

UEFA Çempionlar Liqasıyla bağlı bir neçə tarixi qərar verib. “Qafqazinfo” xəbər verir ki, qrumun saytının yaydığı məlumata görə, qitənin ən nüfuzlu klub turnirinin 2018/19 mövsümündən etibarən bir neçə dəyişiklik olacaq.

 Dəyişikliklərdən biri oyunların keçirilmə vaxtıyla bağlıdı. Yeni qərara əsasən, eyni gündə baş tutacaq oyunlardan ikisi Bakı vaxtıyla saat 21:00-da, qalanları isə 23:00-da keçiriləcək.   

Bundan başqa, Avropa Liqasını qalib başa vurmuş komanda qitənin ən nüfuzlu klub turnirində mübarizəyə indiki kimi pley-off-dan yox, birbaşa qrup mərhələsindən qoşulacaq.