UEFA-dan Azərbaycan klubuna cəza

uefa-dan-azerbaycan-klubuna-ceza
Oxunma sayı: 1173


“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu paytaxt klubunun iki oyunçusuna ciddi cəza tətbiq edib. İyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişədə iştiraka görə müdafiəçi Aylton Fereyra və qapıçı Maksim Vaylo cəzalandırılıb. Hər iki futbolçu 3 oyunluq diskvalifikasiyaya məruz qalıb. 

Qeyd edək ki, “Neftçi” Monteneqro klubu ilə hər iki oyunda (2:2, 1:1) bərabərə qalmışdı. Səfərdə daha çox qol vurduğu üçün “Mladost” mərhələni adlamışdı.

Elsevər