UEFA-dan azərbaycanlı hakimə təyinat

uefa-dan-azerbaycanli-hakime-teyinat
Oxunma sayı: 1787

Azərbaycanlı hakim Elçin Məsiyev U-17 Avropa çempionatının final mərhələsinin oyununa təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. FİFA referisi mayın 17-də Şotlandiya - Fransa görüşündə referi olacaq Ona yan xətt hakimləri qismində Elşad Abdullayev və yunanıstanlı hakim Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may - 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.