“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, buna Avropa Liqasının yarımfinalında "Napoli" ilə cavab matçında Ukrayna klubunun azarkeşlərinin qaydalara zidd davranışları səbəb olub. Azarkeşlər sözügedən oyundan sonra meydançaya daxil olub, məşəl yandırıb və irqçi şüarlar səsləndirib.
Buna görə UEFA “Dnepr”i biri şərti olmaqla iki oyunluq cəzalandırıb. Bu isə o deməkdir ki, “Dnepr” növbəti mövsüm avrokuboklarda ilk ev matçını boş tribunalar qarşısında keçirəcək.
Bundan başqa, “Dnepr” 70 min avro məbləğində cərimələnib.
Son xəbərlər
Son Xəbərlər