UEFA-dan Kadi ilə bağlı daha bir paylaşım - Video

uefa-dan-kadi-ile-bagli-daha-bir-paylasim
Oxunma sayı: 1840

UEFA Avropa Konfrans Liqasının rəsmi Tvitter səhifəsi “Qarabağ”ın futbolçusu Kadi Borxeslə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, futbolçunun Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub etdikləri oyunda vurduğu qol paylaşılıb.

“Uzaq məsafədən vurulan hansı qol daha yaxşıdır?” sualı ilə paylaşılan 4 qoldan biri də Kadinin qoludur.

Qeyd edək ki, həmin qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı. Həmin qol qrup mərhələsinin ən yaxşı qolu seçilmişdi.