UEFA-dan koronavirusla bağlı açıqlama

uefa-dan-koronavirusla-bagli-aciqlama
Oxunma sayı: 2114

UEFA koronavirusun yayılması ilə bağlı açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, qurum Avropa çempionatının proqramında dəyişikliyə ehtiyac olmadığını bəyan edib:

“AÇ-2020 iyunun 12-də İtaliyada başlayacaq. Turnirlə bağlı dəyişikliyə ehtiyac yoxdur. Bu məsələni yaxından izləyirik”.

Romadakı açılış matçında İtaliya və Türkiyə milliləri qarşılaşacaq.
 
AÇ-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup, 1-i 1/4 final mərhələsinin oyunları olacaq.