UEFA-dan Macarıstana sərt cəza

uefa-dan-macaristana-sert-ceza
Oxunma sayı: 2642

UEFA İntizam Komitəsi Macarıstan millisini cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, buna yığmanın azarkeşlərinin AÇ-2020-nin qrup mərhələsində Portuqaliya, Fransa və Almaniya ilə matçlarda irqçi hərəkətləri, ayrıseçkiliyin yer aldığı pankartlar açması səbəb olub.

Macarıstan millisi biri 2 il müddətinə şərti olmaqla, ümumilikdə üç matç azarkeşsiz oynamaq cəzasına layiq görülüb.

Bundan başqa, Macarıstan Futbol Federasiyası 100 min avro məbləğində cərimələnib.