UEFA-dan Maksim Medvedevlə bağlı paylaşım - Foto

UEFA-dan Maksim Medvedevlə bağlı paylaşım
Oxunma sayı: 3371

UEFA Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun oyunçusu Maksim Medvedevlə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq futbol təşkilatı doğum günü münasibətilə Medvedevi təbrik edib.

““One-klub man” (bütün peşəkar karyerasını yalnız bir klubda keçirmiş futbolçu-red). Kapitan. Lider. Doğum günün mübarək, Maksim Medvedev”, - deyə paylaşımda deyilir.

Qeyd edək ki, peşəkar futbolçunun bu gün 33 yaşı tamam olur.