UEFA-dan Malta - Rusiya matçı ilə bağlı yekun qərar

uefa-dan-malta-rusiya-matci-ile-bagli-yekun-qerar
Oxunma sayı: 1363

Futbol üzrə Malta və Rusiya yığmaları arasındakı DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilməli olan oyun təxirə salınmayacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Matçın planlaşdırılan vaxtda baş tutacağı təsdiqlənib. Bildirilib ki, Maltada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlər bu oyunun keçirilməsinə mane olmayacaq.

Qeyd edək ki, Malta – Rusiya matçı martın 24-də baş tutacaq.