UEFA-dan Orxan Məmmədova- - Yeni təyinat

uefa-dan-orxan-memmedova-
Oxunma sayı: 895


“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, referimiz 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin oyunlarını idarə edəcək.

O.Məmmədov 4-cü qrupda keçiriləcək İrlandiya - Yunanıstan və İrlandiya - Polşa görüşlərinin baş hakimi olacaq. Ona hər iki oyunda həmyerlimiz Mübariz Həşimov köməklik edəcək. 

Qeyd edək ki, İrlandiya - Yunanıstan oyunu martın 21-də, İrlandiya - Polşa oyunu isə martın 26-da keçiriləcək.