UEFA-dan Prezidentin Şamaxı səfəri ilə bağlı paylaşım - Foto

uefa-dan-prezidentin-samaxi-seferi-ile-bagli-paylasim
Oxunma sayı: 2861

UEFA-nın rəsmi saytı Prezident İlham Əliyevin Şamaxı şəhərinə səfərindən yazıb.

“Qafqazinfo” xəbər verir ki, məqalədə ölkə başçısının Şamaxı şəhər stadionunun açılışına qatıldığı qeyd edilib.

Həmçinin bildirilib ki, bu arenanın tikintisi üçün maliyyə vəsaitinin böyük hissəsi qitə futbol qurumu tərəfindən təmin olunub.

UEFA Tovuz şəhər stadionunun yenidən qurulması ilə bağlı məlumatlar verib: “Bu cür stadionlar Azərbaycanda futbolun inkişafına təkan verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 1-də Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.