UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro

uefa-dan-qarabaga-1-milyon-140-min-avro
Oxunma sayı: 1582

Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında iştiraka görə “Qarabağ”ın hesabına 1 milyon 140 min avro daxil edilib.
 
UEFA Avropa Liqasında iştirak üçün “Neftçi”yə 780 min avro, “Qəbələ”yə 260 min avro, “Səbail”ə isə 240 min avro ödənilib.