UEFA-dan “Qarabağ”la bağlı maraqlı paylaşım - Fotolar

uefa-dan-qarabagla-bagli-maraqli-paylasim
Oxunma sayı: 3196

UEFA Konfrans Liqasının Tvitter hesabı “Qarabağ”la bağlı növbəti paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam təmsilçisinin Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda Qazaxıstan “Kayrat”ına 2:1 hesabı ilə qalib gəldiyi matçdan şəkilləri yayımlanıb və bu sözlər yazılıb.

“Son dəqiqədə qalib gəlmək, bax, budur. “Qarabağ” 90+1 dəqiqədə qələbə qazanaraq H qrupunda məğlub olmadı”.

Həmçinin, səhifədə “Qarabağ”ın qrupda neçənci yer tutacağı ilə bağlı sorğu da yer alıb.